Cümə axşamı , 12 Noyabr 2026
Drone Cameras

Türkiyədə İŞİD əməliyyatı: yüzdən çox şübhəli saxlanılıb

Türkiyənin İstanbul və Ankara şəhərlərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.

Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbuldakı əməliyyat zamanı 110, Ankarada isə 17 şübhəli saxlanılıb.

Məlumata görə, İstanbulda tutulmuş şəxslərin arasında Yalovada 3 polisi həlak edən terrorçularla əlaqəli olanlar da var.

Ankarada saxlanılan şübhəlilərdən 11-nin əcnəbi, 6-nın isə Türkiyə vətəndaşı olduğu bildirilib.

Check Also

Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib

Türkiyənin İstanbul bölgəsinin Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş barəsində ev dustaqlığı cəzası hökmü çıxarılıb. Bu …