Cümə , 9 Yanvar 2026
Drone Cameras

ABŞ Rusiya bayrağı altında üzən neft tankerinə nəzarəti ələ keçirib

Birləşmiş Ştatlar Böyük Britaniya yaxınlığında Atlantik okeanında Rusiya bayrağı altında hərəkət edən “Marinera” neft tankerinə nəzarəti ələ keçirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə NBC mənbələrə istinadən məlumat yayıb.

“Gəmi nəzarətə götürülüb və əməliyyata Daxili Təhlükəsizlik Nazirliyi rəhbərlik edir”, – nəşr qeyd edir.

Adını “Bella 1″dən “Marinera”ya dəyişən gəmi keçən ay Venesuela sahilləri yaxınlığında ABŞ Sahil Mühafizəsinin təqibinə məruz qalmışdı.

Əməliyyat Atlantik okeanında gəminin iki həftədən artıq davam edən təqibindən sonra həyata keçirilib.

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı “X” şəbəkəsində Şimali Atlantikada tankerin ABŞ sanksiyalarını pozduğuna görə saxlanıldığını təsdiqləyən açıqlama dərc edib. Məlumatda bildirilir ki, həbs ABŞ federal məhkəməsinin orderi əsasında həyata keçirilib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …