Ermənistan hakimiyyəti yaxın gələcəkdə Türkiyə ilə sərhəddəki “Axurik” sərhəd məntəqəsindən Rusiya hərbçilərini çıxarmaq niyyətindədir.
Boyukmillet.com xəbər verir ki, bu barədə “News.am” diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, “Axurik” nəzarət-keçid məntəqəsinin Ermənistan tərəfinə verilməsi haqqında qərar artıq qəbul edilib, ərazidə bayraq dirəyi quraşdırılıb. Qeyd olunub ki, Rusiya sərhədçiləri hələlik keçid məntəqəsində qalacaqlar.
“Digər mənbələrin məlumatına görə, Türkiyə tərəfi artıq Marqara nəzarət-keçid məntəqəsinin ərazisində tikinti işlərinə başlayıb. Ümumilikdə bu addımlar, eləcə də “Axurik”in istifadəyə verilməsi ehtimalı tərəflərin yaxın gələcəkdə sərhədi açmaq niyyətlərinin ciddi olduğunu göstərir”, – nəşr qeyd edib.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
