Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Nazir: Türkiyə ilə sərhədlərin açılması Ermənistana yeni iqtisadi və loqistik imkanlar yaradacaq

Ermənistan hökuməti ardıcıl olaraq Türkiyə ilə sərhədlərin açılmasını irəli sürür və sərhədlərin açılması zamanı yeni iqtisadi və loqistik imkanların yaradılacağına ümid edir.

Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan investorlar və sahibkarlarla görüşü zamanı bildirib.

“Bizim üçün sərhədyanı bölgələrdə gömrük anbarları, terminalları və loqistika mərkəzləri kimi müəyyən imkanların yaradılması çox vacibdir”, – nazir vurğulayıb.

O, həmçinin şirkətlərin belə proqramları həyata keçirmək və investisiya təşəbbüslərini inkişaf etdirmək üçün istifadə edə biləcəkləri dövlət dəstəyi vasitələrinə toxunub.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …