Cümə axşamı , 15 Yanvar 2026
Drone Cameras

ABŞ-nin viza verməyəcəyi ölkələrin adları açıqlandı – tam olmayan siyahı

Amerika Birləşmiş Ştatları təhlükəsizlik və miqrasiya nəzarətinin gücləndirilməsi məqsədilə bir sıra ölkələrin vətəndaşlarına viza verilməsini tam və ya qismən dayandırmaq qərarı verib. Musavat.com xarici media resurslarına istinadən xəbər verir ki, qərar 2026-cı ilin əvvəlindən etibarən qüvvəyə minir və ABŞ konsulluqlarında viza müraciətlərinin qəbuluna şamil olunur.

Qərara əsasən, bəzi ölkələrin vətəndaşları üçün bütün viza növləri, digərləri üçün isə müəyyən kateqoriyalar üzrə vizalar dayandırılır.

Bu ölkələrin vətəndaşlarına demək olar ki, bütün immiqrant və qeyri-immiqrant vizaların verilməsi dayandırılır:

1. Əfqanıstan
2. Burkina Faso
3. Myanma (Birma)
4. Çad
5. Ekvatorial Qvineya
6. Eritreya
7. Haiti
8. İran
9. Liviya
10. Mali
11. Niger
12. Syerra-Leone
13. Somali
14. Cənubi Sudan
15. Sudan
16. Suriya
17. Yəmən

Vizaların qismən dayandırıldığı ölkələrin vətəndaşları üçün əsasən turizm, biznes, tələbə və mübadilə vizaları məhdudlaşdırılır:

1. Anqola
2. Antiqua və Barbuda
3. Benin
4. Burundi
5. Kot-d’İvuar
6. Kuba
7. Dominika
8. Qabon
9. Qambiya
10. Malavi
11. Mavritaniya
12. Nigeriya
13. Seneqal
14. Tanzaniya
15. Toqo
16. Tonqa
17. Venesuela
18. Zambiya
19. Zimbabve

Qeyd olunur ki, qərar mövcud vizalara şamil edilmir və diplomatik statuslu şəxslər, eləcə də xüsusi humanitar hallar istisna təşkil edə bilər.

Rəsmi açıqlamalara əsasən, Azərbaycan bu siyahılara daxil deyil və Azərbaycan vətəndaşları üçün ABŞ vizalarının verilməsi dayandırılmayıb.

Check Also

“Bizi bu savaşa qatmayın” – Ermənistan Vaşinqton–Tehran qarşıdurmasından qaçır

Ermənistan parlamentində “Ermənistan” fraksiyasının üzvü Artur Xaçatryan ölkəsinin ABŞ–İran qarşıdurmasının mümkün təsirlərindən kənarda qalmalı olduğunu …