Bazar , 1 Mart 2026
Drone Cameras

Xameneinin ailə üzvlərinin ölüm xəbərləri təsdiqlənib

İranın ali dini lideri Əli Xameneinin qızı, kürəkəni və nəvəsi ABŞ ilə İsrailin endirdiyi hava zərbələri nəticəsində həlak olublar.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Mehr” Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, ali dini lideirn dəftərxanası onun qızı, kürəkəni və nəvəsinin ölüm xəbərini agentliyə təsdiqləyib.

Həmçinin qeyd olunub ki, Xameneinin gəlinlərindən biri də şənbə günü səhər saatlarında baş verən hücumda ölüb.

Onu da bildirək ki, Tehran şəhər şurasının üzvü Meysəm Müzəffər Xameneinin kürəkəni və gəlininin həlak olduğunu bildirmişdi.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xameneinin də öldürüldüyünü bəyan edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Check Also

Qazaxıstan vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb

Qazaxıstan vətəndaşlarına İran ərazisini Azərbaycanla quru sərhədləri vasitəsilə tərk etmək variantlarını nəzərdən keçirmək üçün diplomatik …