Bazar , 1 Mart 2026
Drone Cameras

Tramp: Xameneinin ölümündən sonra İranla danışıqlar aparmaq “daha asan” olacaq

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra Tehranla razılığa gəlmək “çox daha asan” olacaq.

Boyukmillet.com xəbər verir ki, Amerika lideri bunu “CBS News”a telefonla verdiyi müsahibədə deyib.

Onun fikrincə, ABŞ və İsrailin Xameneinin ölümü ilə nəticələnən hücumları “effektiv olub” və diplomatiyaya yol aça bilər.

“İndi dünənkindən çox daha asandır, aydındır. Çünki onlara (İrana – red.) bərk zərbə vururlar”, – Tramp böhranın diplomatik nizamlanması perspektivləri haqqında suala cavab verərkən deyib.

O həmçinin Xameneinin ölümündən sonra İran lideri postuna “bir neçə uyğun namizəd” olduğunu bildirib, lakin təfərrüatlara varmayıb.

Xatırladaq ki, ABŞ və İsailin İrana hücumları nəticəsində İranın Dövlət Xəbər Agentliyi Əli Xameneinin öldürüldüyünü təsdiqləyib.

Check Also

ABŞ və İsrailin hücumları nəticəsində İranın yüksək vəzifəli kəşfiyyat rəsmisi öldürülüb

İranın Kəşfiyyat Nazirliyinin yüksək vəzifəli rəsmisi Məhəmməd Bəseri ABŞ və İsrailin Tehrana hava hücumu nəticəsində …