Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Tehran geri çəkilmir: Xarici işlər naziri şərt AÇIQLADI

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ və İsraillə davam edən hərbi münaqişədəki mövqeyini bir daha bəyan edərək, Tehranın geri çəkilmək niyyətində olmadığını vurğulayıb.

Boyukmillet.com xəbər verir ki, Əraqçi İranın yalnız ABŞ prezidenti İslam Respublikasına qarşı apardığı təcavüzkar siyasətin və hərbi əməliyyatların yanlış olduğunu tam dərk etdiyi ana qədər müharibəni davam etdirəcəyini bildirib.

Nazir vurğulayıb ki, Vaşinqtonun təzyiq və hədə-qorxu dili ilə Tehrana şərt diktə etmək cəhdləri nəticəsiz qalacaq və hər bir hücuma mütənasib cavab veriləcək. Əraqçinin bu sözləri Ağ Evin İrana qarşı “maksimum təzyiq” kursunu hərbi müstəviyə keçirdiyi və Tehranın iqtisadi-hərbi resurslarının tükəndiyi barədə iddiaların yayıldığı bir vaxta təsadüf edir.

Diplomat həmçinin qeyd edib ki, müharibənin dayandırılması üçün əsas şərt ABŞ-ın regiondakı müdaxiləçi siyasətinə son qoyması və İranın suverenliyinə hörmət etməsidir.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …