Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Türkiyə MN Qara dənizdə dron hücumları ilə bağlı xəbərdarlıq edib

Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinə risk yaranmaması ilə bağlı tərəfdaşlarla danışıqlar aparır və zəruri xəbərdarlıqlar edir.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsində intensiv istifadə olunan pilotsuz dəniz dronlarının idarəetməni itirməsi nəticəsində Qara dənizdə yaratdığı riskləri yaxından izləyir:

“Hərbi Dəniz Qüvvələri Komandanlığımıza bağlı birliklər Qara dənizdəki ərazi sularımızın qorunması məqsədilə fəaliyyətlərini davam etdirir”.

Qeyd edək ki, bu gün Qara dənizdə türkiyəli ekipaj üzvlərinin olduğu “ALTURA” neft tankeri pilotsuz kater hücumuna məruz qalıb.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …