Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ BMT TŞ-nin Hörmüz boğazı ilə bağlı qətnamə layihəsinə dəyişiklik edib

ABŞ administrasiyası Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə dəyişiklik edib, lakin Rusiya və Çinin dəstəyinə əmin deyil.

Boyukmillet.com-un məlumatına görə, bu barədə ABŞ dövlət katibi və Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marko Rubio Ağ Evdə keçirilən brifinqdə bildirib.

Bundan əvvəl BMT Təhlükəsizlik Şurası Rusiya və Çinin vetoları səbəbindən Hörmüz boğazı ilə bağlı sənədi qəbul edə bilməyib.

“Bilmirik”, – Rubio qətnamənin qəbul edilmə zəmanətləri ilə bağlı suala cavab olaraq deyib.

“Düşünürəm ki, heç kim yenidən veto qoyulmasını istəmir, ona görə də mətndə bəzi kiçik düzəlişlər etdik”, – o əlavə edib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …