Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Nümayəndələr Palatası Vaşinqton administrasiyasını yeni şətdaundan qoruyacaq sənədi qəbul etdi

ABŞ Nümayəndələr Palatası hökumətin 4 dekabra qədər maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, qanun layihəsi maliyyə ilinin sonuna qədər (ABŞ-da 30 sentyabrda başa çatır) federal agentliklərin maliyyələşdirilməsini mövcud səviyyədə saxlayır.

220 ABŞ qanunvericisi qanun layihəsinin lehinə, 205-i isə əleyhinə səs verib. Sənəd indi baxılmaq üçün Senata göndəriləcək. Qanunverici orqanın yuxarı palatası tərəfindən təsdiqlənərsə, qanun layihəsi imzalanmaq üçün Prezident Donald Trampa təqdim ediləcək.

CBS News-un məlumatına görə, hökumətin maliyyələşdirilməsini 4 dekabra qədər davam etdirəcək qanun layihəsi qanunvericilərə 3 noyabrda keçiriləcək aralıq konqres seçkiləri ərəfəsində və zamanı hökumətin bağlanmasının qarşısını almağa imkan verəcək.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …