Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Robert Köçəryan xəstəxanadan birbaşa istintaq təcridxanasına aparıldı

Məhkəmə tərəfindən barəsində iki aylıq həbs qətimkan tədbiri seçilən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan tibb mərkəzindən çıxarılaraq istintaq təcridxanasına gətirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.

Məlumata görə, sabiq dövlət başçısı məhkəmə binasından birbaşa götürüldüyü “Surb Qriqor Lusavoriç” Tibb Mərkəzində müvafiq həkim müayinəsindən keçdikdən sonra Ədliyyə Nazirliyinin “Yerevan-Kentron” cinayət-icra müəssisəsinə təhvil verilib.

Qeyd edək ki, avqustun 27-si səhər saatlarında məhkəmə Ermənistanın ikinci prezidenti barəsində iki ay müddətinə həbs qərarı çıxarıb və o, vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvətalma və çirkli pulların yuyulması epizodları üzrə təqsirləndirilir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …