Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Sabiq baş konsul BU ƏMƏLLƏ ittiham edilir

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur.

Boyukmillet.com apa-ya istinadla xəbər verir ki, sabiq konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.

Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb.

O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsulu vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …