Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Yüksək səviyyəli Livan-İsrail danışıqları təxirə salındı

İsrail və Livan nümayəndə heyətləri arasında gələn həftəyə planlaşdırılan Romada keçiriləcək növbəti danışıqlar oktyabr ayına təxirə salınıb.

Boyukmilet.com xəbər verir ki, məlumatı X-də Axios və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid yayıb.

ABŞ rəsmiləri arasında olan mənbənin məlumatına görə, “İsrail və Livan arasında gələn həftə Romada keçirilməsi planlaşdırılan danışıqların növbəti mərhələsi təxirə salınıb”: “Əvəzində İsrail və Livan səfirləri son hadisələri və iki ölkə arasında çərçivə sazişinin həyata keçirilməsini müzakirə etmək üçün Vaşinqtonda, Dövlət Departamentində görüşəcəklər”.

Mənbə əlavə edib ki, “rəsmi danışıqların növbəti mərhələsi oktyabr ayında Romada keçiriləcək”.

Jurnalistin məlumatına görə, bu, tərəflərin BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi də daxil olmaqla, digər tədbirlərə hazırlıqları ilə bağlıdır.

Bundan əvvəl Qətərin Əl-Cəzirə televiziya kanalı diplomatik mənbələrə istinadən İsrail və Livanın 15-16 sentyabr tarixlərində münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların səkkizinci mərhələsini keçirməyi planlaşdırıdığına dair məlumat yaymışdı. Kanalın məlumatına görə, tərəflər Livan ordusunun nəzarəti altında olan cənub bölgələrində yeni “pilot zonalar”ın yaradılmasını müzakirə etməli idilər.

Check Also

Hakan Fidan sabah Azərbaycana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, …