Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu o vaxtkı məzənnə ilə təxminən yarım milyon manata bərabər hesablamışdı.
Britaniyanın rəsmi Companies House reyestri göstərir ki, Mahmudovun 2017-ci ildə təsis etdiyi “Abeona Global Limited” hazırda fəaliyyətini davam etdirir, lakin 2025-ci ilin dekabrından “Obsidian Court Limited” adı ilə qeydiyyatdadır; Mahmudov şirkətin aktiv direktorudur.
O, həmçinin 2022-ci ildə “Londoncapsule Limited” adı ilə yaradılan və sonradan “Celestique Limited” adlandırılan şirkətin də hazırkı direktorudur. Şirkət Britaniya reyestrində aktiv göstərilir və parfümeriya-kosmetika məhsullarının topdansatışı sahəsində fəaliyyət göstərir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
