Şənbə , 26 Sentyabr 2026
Drone Cameras

Fənərbağçadan transfer qadağası ilə bağlı AÇIQLAMA

Fənərbağça klubu FIFA tərəfindən tətbiq edilən üç dönəmlik transfer qadağası ilə bağlı açıqlama yayıb.

Klubun açıqlamasında bildirilib ki, transfer qadağası müvəqqəti xarakter daşıyır və 2024-2025 mövsümündə komandaya transfer olunan Youssef En-Nesyrinin bonservis ödənişi ilə əlaqədardır.

Boyukmillet.com xəbər verir ki, Fənərbağça FIFA-nın qərarı ilə müəyyən edilən ödənişi ilk iş günü – bazar ertəsi həyata keçirəcəyini açıqlayıb.

Bildirilib ki, ödəniş həyata keçirildikdən və FIFA nəzdindəki bürokratik prosedurlar tamamlandıqdan sonra kluba tətbiq edilən transfer qadağası aradan qaldırılacaq.

Check Also

“Hicab dinin vacib şərti deyil” – Qalmaqallı açıqlama

Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı qaydalara etdiyi son dəyişiklik …