Çərşənbə axşamı , 29 Sentyabr 2026
Drone Cameras

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib.

Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.

“HDQ döyüşçüləri radioelektron mübarizə vasitəsilə həyata keçirilən əlaqələndirilmiş və mürəkkəb əməliyyat zamanı Hörmüz boğazında casusluq məqsədilə fəaliyyət göstərən ABŞ ordusuna məxsus qabaqcıl bir sualtı pilotsuz qurğunu tələyə sala biliblər”, – məlumatda bildirilib.

Qeyd olunub ki, bu sualtı pilotsuz qurğu daha əvvəl ələ keçirilən “Remus 600” aparatının bir növüdür və hazırda onun məlumatlarının bərpa edilməsi məqsədilə mütəxəssislərinin ixtiyarına verilib.

Check Also

Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb

Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayır. Boyukmillet.com xəbər verir ki, bunu …