Böyük Britaniya Xarici İşlər Nazirliyi oktyabrın 8-də Rusiyaya qarşı tətbiq edilən sanksiya rejimini növbəti dəfə genişləndirdiyini rəsmən bəyan edib.
Boyukmillet.com xəbər verir ki, Londonun yeni məhdudiyyət paketinə ümumilikdə 38 yeni mövqe-23 hüquqi şəxs (şirkət), 3 fiziki şəxs və 12 dəniz gəmisi daxil edilib.
Sanksiya siyahısına salınan iri subyektlər arasında Rusiyanın dövlət neft-qaz nəhəngi “Zarubejneft” ASC və “Stoliçnıy Kredit” bankı da yer alır. London administrasiyasının qərarı ilə qara siyahıya düşən gəmilər əsasən Rusiyanın neft daşımalarında istifadə etdiyi “kölgə donanması”na aid tankerlərdən ibarətdir.
Böyük Britaniya XİN-in bildirdiyinə görə, yeni sanksiya addımları Rusiya hərbi maşınının və enerji sektorunun maliyyələşmə mənbələrini kəsməyə yönəlib.
Məhdudiyyətlər siyahısındakı şəxslərin və şirkətlərin Britaniyadakı aktivlərinin dondurulması, gəmilərin Britaniya limanlarına daxil olmasına qadağa qoyulması və maliyyə əməliyyatlarının bloklanması nəzərdə tutulur.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
