Gürcüstandan xarici ölkələrə pul köçürmələrinin həcmində Azərbaycan ilk yerdə qərarlaşıb. 2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 57 milyon dollar vəsait köçürülüb.
Bu barədə Gürcüstan Milli Bankının açıqladığı statistikada bildirilib.
Məlumata əsasən, Gürcüstandan xaricə pul köçürmələrinin ümumi həcmi 2026-cı ilin ilk doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artıb. Belə ki, hesabat dövründə xarici ölkələrə ümumilikdə 322,4 milyon dollar göndərilib. 2025-ci ilin eyni dövründə bu göstərici 301,7 milyon dollar olub.
Gürcüstandan ən çox pul köçürülən ölkələr arasında Azərbaycan 57 milyon dollarla birinci yerdə qərarlaşıb. Türkiyə 53,9 milyon dollarla ikinci, Rusiya 29,9 milyon dollarla üçüncü olub.
İlk onluqda, həmçinin Ukrayna (20,6 milyon dollar), Yunanıstan (19,4 milyon dollar), Özbəkistan (18,8 milyon dollar), İtaliya (12,4 milyon dollar), Almaniya (9,4 milyon dollar), ABŞ (9 milyon dollar) və Qazaxıstan (4,9 milyon dollar) yer alıb.
Beləliklə, Gürcüstandan ən çox pul köçürülən ilk on ölkəyə göndərilən vəsaitin ümumi həcmi 235,4 milyon dollar təşkil edib. Bu, Gürcüstandan xaricə göndərilən bütün pul köçürmələrinin təxminən 73 faizinə bərabərdir.
Qeyd edək ki, Azərbaycan Gürcüstandan pul köçürmələrinin həcminə görə Türkiyə və Rusiya kimi ölkələri geridə qoyaraq birinci yerdə qərarlaşıb.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

