Çərşənbə , 28 Oktyabr 2026
Drone Cameras

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian regiondakı vəziyyəti, eləcə də iki ölkə arasında iqtisadi-ticari və humanitar əməkdaşlığın inkişafını müzakirə ediblər.

Boyukmillet.com xəbər verir ki, görüş Moskvada Qaz İxrac edən Ölkələr Forumunun 8-ci sammiti çərçivəsində keçirilib.

Putin regiondakı vəziyyətin Moskva və Tehranda narahatlıq doğurduğunu bildirib.

O qeyd edib ki, bu ilin ilk səkkiz ayında Rusiya ilə İran arasında ticarət dövriyyəsi 10,4 faiz artıb. “Buşehr” Atom Elektrik Stansiyasının tikintisi davam edir, humanitar sahədə əməkdaşlıq inkişaf edir. Xüsusilə də, Rusiyanın ali təhsil müəssisələrində təhsil alan iranlı tələbələrin sayı 10 min nəfərə yaxınlaşıb.

Peşekian isə regionda əməkdaşlığın gücləndirilməsinin, iqtisadiyyat, elm, təhlükəsizlik və digər sahələrdə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Check Also

ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …