Bazar ertəsi , 2 Noyabr 2026
Drone Cameras

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirmək istədilər

Azərbaycandan Gürcüstana qanunsuz mal keçirməsinin qarşısı aınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Sərhəd Nəzarətinin “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan Gürcüstan istiqamətinə hərəkət edən iki “MAN” markalı yük nəqliyyat vasitəsi sərhəd naryadı tərəfindən təkrar yoxlamaya cəlb olunub.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitələrinin yük sənədlərində gips daşındığı göstərilsə də, 240 ədəd (24 kiloqram) qəlyan tütünü, 1119 ədəd avtomobil ehtiyat hissəsi və 40 ton dizel yanacağı aşkar edilib.

Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.

Check Also

Media: Rusiya NATO-nun hərbi təlimlərini izləyib

Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələri Şotlandiya sahillərində NATO-nun hərbi təlimlərini izləyən Rusiyaya məxsus kəşfiyyat …