Cümə axşamı , 19 Noyabr 2026
Drone Cameras

Elektrik dirəyi kənd sakininə 9 min manat ziyan vurdu – VİDEO

Dirək aşdı, yüksək gərginlikli elektrik xəttləri 4 baş inəyin üstünə düşdü.

Boyukmillet.com xəbər verir ki, Astara rayonunun Əzərüd kəndində yüksək gərginlikli elektrik dirəyi aşıb. Xəttlər kənd sakini Sona Rəşidovaya məxsus 4 baş iribuynuzlu mal-qaranın üstünə düşüb. Heyvanlar elə hadisə yerində tələf olub. 

Sakinlərin sözlərinə görə, elektrik dirəklərinin qəzalı olması, onların yerlərinin dəyişdirilməsi və kənddəki təhlükəli vəziyyətlə bağlı dəfələrlə Astara Rayon İcra Hakimiyyətinə, Astara Elektrik Şəbəkəsinə və “Azərişıq” ASC-nin 199 Çağrı Mərkəzinə müraciət ediblər.

Məsələ ilə bağlı Cənub Regional Eneji Təchizatı və Satışı İdarəsindən bildirdilər ki, sözügedən ərazidə yerləşən transformator kənd məktəbinin balansındadır. Həmin transformatordan çıxan yüksək gərginlikli elektrik xətləri məktəbi elektriklə təmin edir. Həmin xətlər 30 dirək üzərindən aparılıb. Məktəbə cavabdeh olan qurum aidiyyəti üzrə müraciət etsə bundan sonra dirəklərin yeri dəyişdirilə bilər.

Boyukmillet.com mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Check Also

İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Pannamore” MMC-nin İspaniyadan idxal etdiyi, …