Cümə axşamı , 26 Noyabr 2026
Drone Cameras

Ermənistanda “TRIPP Development Company” adlı şirkət yaradıldı

Ermənistan hökuməti TRIPP layihəsinin həyata keçirilməsi məqsədilə “TRIPP Development Company” adlı səhmdar cəmiyyətin yaradılmasına dair saziş layihəsini təsdiqləyib.

“Bu gün TRIPP layihəsinin həyata keçirilməsində daha bir mühüm mərhələyə qədəm qoyuruq”, – Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında məsələni şərh edərkən bildirib.

6b07e6448a4fa6b07e6448a4fb17956798126b07e6448a4f86b07e6448a4f9.webp

Saziş Ermənistan hökuməti ilə ABŞ-da yaradılmış TRIPP Development Company US arasında imzalanacaq. Sənədin bir həftə ərzində imzalanması, bundan sonra isə şirkətin Ermənistanda qeydiyyata alınması gözlənilir.

Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Kristine Qaleçyanın sözlərinə görə, şirkətin idarə heyəti beş nəfərdən ibarət olacaq. Onlardan ikisini Ermənistan tərəfi təyin edəcək.

Check Also

Türkiyənin 60 vilayətində əməliyyat keçirilib, 280 şübhəli saxlanılıb

Türkiyənin 60 vilayətində mütəşəkkil cinayətkarlıq və qanunsuz silah dövriyyəsinə qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 280 …