Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti qarşıdakı illərdə Ermənistan ərazisində fəaliyyətini tamamilə dayandıracaq.
Boyukmillet.com xəbər verir ki, bu barədə respublikanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib.
“Bu müddət ərzində Ermənistanın sərhədlərində dayandıqlarına görə Rusiya sərhədçilərinə minnətdarıq. Amma hesab edirəm ki, qarşıdan gələn illərdə sərhədlərimizə görə məsuliyyəti tamamilə öz üzərimizə götürməyimizin vaxtı gəlib çatıb”, – N.Paşinyan bildirib.
2024-cü il avqustun 1-də Rusiya FTX-nin sərhəd xidmətinin nümayəndələri İrəvanın “Zvartnots” beynəlxalq hava limanında xidməti başa çatdırdılar.
2025-ci ilin yanvarından etibarən Rusiya sərhədçiləri Ermənistanın İranla sərhədindəki “Aqarak” buraxılış məntəqəsində, həmin ilin fevralından isə həm də Ermənistan və Türkiyə arasındakı buraxılış məntəqəsində xidməti dayandırdılar.
Rusiya FTX-nin Sərhəd İdarəsinin nümayəndələri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə birlikdə 1992-ci il tarixli müqavilə əsasında respublikanın Türkiyə və İranla sərhədlərini mühafizə edirlər.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

