İranı koronavirus bürüyür. Ölənlərin sayı 11-ə çatıb. Hərçənd, rəsmi Tehran yalnız 6 nəfərin həyatını itirməsini etiraf edir.
Boyukmillet.com xəbər verir ki, Türkiyənin 3 vətəndaşı koronavirusu İrandan Türkiyəyə gətirib. Bizim bir qonşu ölkədən digərinə daxil olan türkiyəlilər Vanda yüksək temperatura görə xəstəxanaya yerləşdiriliblər. Onlar infeksiya şöbəsində saxlanılır.
İranlı siyasi fəal Məhəmməd Əhvazenin “Twitter” hesabında yazdığına görə, bu ölkədə koronavirusa yoluxanların bir çoxu Türkiyəyə qaçmağa çalışır. İran sərhədçiləri onların qarşısını maksimum almağa çalışır.
Cənub qonşumuzda bütün məktəblər, ali təhsil ocaqları, kinoteatrlar bağlanıb. İdman oyunları 10 günlük təxirə salınıb.