Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Azərbaycan Prezidentinin köməkçisi koronavirusla bağlı vəziyyəti şərh edib

“Koronavirus bu gün dünyada ən çox müzakirə olunan mövzudur. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini diqqətlə təhlil edir, müvafiq tədbirlər həyata keçirir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O xatırladıb ki, Azərbaycan Nazirlər Kabineti bu məsələ ilə bağlı artıq bir sıra iclaslar keçirib, tədbirlər planı tərtib olunub.

“Dövlət bu istiqamətdə artıq müvafiq addımlar atır. Azərbaycan Xarici İşlər Nazirliyi ÜST-nin tövsiyələri çərçivəsində artıq koronavirusun yayıldığı ölkələrə səfərlər mövzusunda vətəndaşlara müraciət edib”, – o söyləyib.

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …