Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Muzey eksponatlarının tədqiqinə həsr olunan dəyirmi masa keçirilib

Boyukmillet.com-a verilən məlumata görə Naxçıvan Dövlət Tarix Muzeyi və AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun birgə təşkilatçılığı ilə “Muzey eksponatlarının tədqiqi sahəsində elmi müəssisələrlə muzeylərin birgə işinin aktual məsələləri” mövzusunda dəyirmi masa keçrilib.

Tədbirdə bölmənin Əlyazmalar Fondunun əməkdaşları, Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərin direktorları, fond işçiləri, eyni zamanda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan IV kurs tələbələri iştirak ediblər.

İclası Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi Nizami Rəhimov açaraq mədəni irsimizin, milli dəyərlərimizin qorunması, hərtərəfli öyrənilməsi və təbliğində, habelə tariximizin, mədəniyyətimizin dünyada tanıdılmasında muzeylərin önəmli rolunu vurğulayıb. Qeyd edib ki, xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən diqqət və qayğı nəticəsində muxtar respublikada fəaliyyət göstərən muzey fondları son illər xeyli zənginləşib. Elmi müəssisələrlə muzeylərin əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açan Nizami Rəhimov yaxın gələcəkdə muzey eksponatlarının tədqiqi ilə bağlı nəzərdə tutulan zəruri tədbirləri də diqqətə çatdırıb. O, Naxçıvan Dövlət Tarix Muzeyinin bir neçə eksponatının Əlyazmalar Fondunun əməkdaşlarının köməkliyi ilə tədqiq olunduğunu vurğulayıb.

Sonra Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov çıxış edərək rəhbərlik etdiyi müəssisədə aparılan araşdırmaların əhəmiyyətindən söz açıb, fond tərəfindən nəşr olunan yeni kitabları muzeyə hədiyyə edib.

Tədbirdə, həmçinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeyinin direktoru Aləmzər İbrahimova, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksinin direktoru Rəhim

Rəhimov, Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Aytən Əkbərova, Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun şöbə müdiri Fəxrəddin Eylazov, fondun elmi işçisi Kubra Vəliyeva, Naxçıvan Dövlət Tarix Muzeyinin baş fond mühafizi, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi Tünzalə Məmmədova və muzeyin bələdçisi Tünzalə Dilanova çıxış edərək muzey eksponatlarının tədqiqi ilə bağlı təkliflərini səsləndiriblər.

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbə

Check Also

Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib. …