Bazar , 24 Noyabr 2024
Drone Cameras

“Sərhədsiz reportyorlar” Bakıda 8 mart “rəzilliyindən” şou düzəltdi, yunan sərhədində günahsız qaçqınların öldürülməsinə susdu…

“Sərhədsiz reportyorlar” mətbuatı müdafiə təşkilatı Bakıda feministlərin bazar günü aksiyasını işıqlandıran jurnalistlərə qarşı polis zorakılığını pisləyib. Təşkilat iddia edir ki, guya sözügedən aksiya zamanı 8 jurnalist polis zorakılığına məruz qalıb.

Guya bazar günü Bakıda feministlərin keçirdiyi aksiya dağıdılarkən polis növbəti dəfə jurnalistlərə qarşı kobud güc tətbiq edib. “Meydan TV”nin əməkdaşları bu səbəbdən ciddi xəsarət alıb və s. Jurnalistlər bir neçə saat Səbayıl rayon 39-cu Polis Bölməsində saxlanıb, onlardan çəkdiklərini silməyi tələb ediblər. Guya polis jurnalistlərin videoçəkiliş aparmasına mane olub. Jurnalistlərin bir hissəsi aksiyadan sonra 39-cu Polis Bölməsinin qarşısında saxlanan aksiya iştirakçılarının azad edilməsini gözləyərkən binadan uzaqlaşdırıldıqları zaman xəsarət alıb. Guya jurnalistləri məcburi şəkildə metroya aparıb qatara mindiriblər və növbəti stansiyaya qədər müşayiət ediblər. Göründüyü kimi, bütün bunların heç bir əsası yoxdur. Çünki deyilənlər reallığı əks etdirmir.

O da məlumdur ki, neçə gündür Türkiyə Avropa ilə sərhədləri açıb. Səbəb odur ki, Suriyada məlum hadisələrlə əlaqədar Türkiyədə qaçqınların sayı kəskin şəkildə artıb. Türkiyə də həmin qaçqınların bir hissəsinin Avropaya keçməsinə şərait yaradır. Ancaq Türkiyə ilə həmsərhəd olan Yunanıstan qaçqınları qəbul etmək isəməyərək onlara qarşı zor tətbiq edir. İki nəfər yunan polisinin açdığı atəş nəticəsində qətlə yetirilib. Ancaq başda “Sərhədsiz reportyorlar” təşkilatı olmaqla, digər qurumlar da bunu sükutla qarşılayırlar. Baş verənləri görməzdən gəlirlər.

  • “Yunanıstan dünyanın gözü qarşısında Suriyadan olan qaçqınlara divan tutur”

Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, baş verən hadisələr “Sərhədsiz reportyorlar” təşkilatı başda olmaqla, digər təşkilatların da riyakarlığını göstərir: “Sözügedən təşkilatlar anti-Azərbaycan qüvvələrin əlində alət vasitəsi olaraq ölkəmizə qarşı aqressiv mövqe nümayiş etdirirlər. Feministlərin jurnalistikaya nə dəxli var? Məgər jurnalistlər aksiyanı işıqlandırarkən zorakılığa məruz qalıblar? Bütün bunların hamısı ağ yalandır. Hesab edirəm ki, bunlar yenə ikili standartlardan çıxış edərək məsələyə yanaşırlar. Bunlar yalnız erməni lobbisinin sifarişlərini yerinə yetirirlər. Artıq neçə gündür Türkiyənin Yunanıstan sərhədində vəhşət yaşanır. Yunanıstan dünyanın gözü qarşısında Suriyadan olan qaçqınlara divan tutur. Bu zaman haqlı olaraq ortaya sual çıxır: hardadır Avropanın insan haqlarından danışan təşkilatları? Azərbaycanda belə hal yaşansaydı, o zaman bütün beynəlxalq təşkilatlar üstümüzə gələrdilər. Ancaq Yunanıstanın törətdiyi əməlləri görməzdən gəlirlər. Sözügedən təşkilatlar bu hərəkətləri ilə simasızlıqlarını göstərirlər. Buna ancaq belə ad vermək olar. Buna başqa ad vermək mümkün deyil. Çünki sözügedən təşkilatlar ədalətdən, obyektivlikdən uzaqdırlar”.

Vidadi ORDAHALLI

Check Also

Psixiatriya xəstəxansına salınan bələdiyyə sədrinin müavini: “Bu, mənə təhqir idi…”

Arzuman Xasməmmədli: “Psixi xəstə necə icra nümayəndəsi, Heydər Əliyev Mərkəzinin inzibatçısı işləyə bilərdi?” Qazax rayon …