Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycan idmançıları Braziliya ciu-citsusu üzrə dünya çempionatında iki medal qazanıblar

Abu-Dabidə Braziliya ciu-citsusu üzrə dünya çempionatı keçirilir. Mundialda 100 ölkədən 7 minədək idmançı birincilik uğrunda mübarizə aparır.

Azərbaycan Ciu-Citsu Milli Federasiyasının birinci vitse-prezidenti Rəsul Məmmədov AZƏRTAC-a bildirib ki, yarışda ölkəmizi 4 idmançı təmsil edib.

Böyüklərin yarışında 94 kiloqram çəki dərəcəsində çıxış edən Azər Bəydullayev dünya çempionatının bürünc medalına sahib olub. 12-13 yaşlı idmançıların mübarizəsində isə milli komandamızın üzvü Xəqani Mürsəlov (41 kq) yarışı üçüncü pillədə başa vurub.

Dünya çempionatına aprelin 23-də yekun vurulacaq.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir