Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Gömrük orqanına bəyan edilməyən telefonlar aşkar edilib

Gömrük orqanına bəyan edilməyən telefonlar aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindəki sərnişinin çantasından gömrük orqanına bəyan edilməyən 3 ədəd “Samsung Galaxy J1”, 4 ədəd “Samsung Galaxy J1 mini Prime”, 9 ədəd “Samsung Galaxy J1 Ace”, 5 ədəd “Samsung Galaxy J2”, 2 ədəd “Samsung Galaxy J3” markalı, ümumilikdə 23 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir