Cümə , 26 Aprel 2024
Drone Cameras

Rayonların İnvestisiya Reytinqi elan edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilk dəfə olaraq Azərbaycan Respublikasının inzibati rayonları üzrə 2017-ci ilin İnvestisiya Reytinqini təqdim edib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, reytinqin tərtib edilməsinin əsas məqsədi iqtisadi rayonların xüsusi iqtisadi konyunkturunu və ümumi inkişaf səviyyəsini nəzərə alaraq, ixtisaslaşma sahələrinin müəyyən edilməsi, regionların iqtisadi fəaliyyət nəticələri və rəqabətqabiliyyətli sahələrinin müəyyən edilməsi, zaman sırası və sahələrarası təhlilinin aparılması, regionların rəqabətqabiliyyətinin artırılması, investisiyaların cəlb edilməsidir.

Reytinqin tərtib edilməsi zamanı qabaqcıl beynəlxalq təcrübə öyrənilib. Həmçinin Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Dünya Rəqabətlilik İndeksinə oxşar yanaşma tətbiq edilib. Analoji yanaşma Avropa İttifaqının Regionların Rəqabətlilik İndeksinin tərtibi zamanı da istifadə olunub.

İnvestisiya reytinqi haqqında tədqiqatlar respublikanın əsas şəhər və rayonlarında aparılib. Bu araşdırmalar ölkənin əsas 62 şəhər və rayonlarının regional investisiya reytinqlərinə təsir edən amilləri əhatə edib. Bu araşdırmaların başlıca səbəbləri ixtisaslaşmış sahələrin identifikasiyası, nəticələrin təhlili, rəqabətqabiliyyətliyinin artırılması və regionlara investisiyanın cəlb olunmasıdır.

İnvestisiya reytinqinə görə, ən yüksək hədd Bakı şəhəri üzrə müəyyən olunub – 0.785 faiz. Miqyas effektini nəzərə alaraq, paytaxtın I yerdə olması təbii haldır. 2017-ci il üzrə Rayonların İnvestisiya Reytinqinə görə, ilk onluqda Naxçıvan, Mingəçevir, Sumqayit, Şirvan, Gəncə və Naftalan şəhərləri yer alıb. Bundan başqa, “Top-10″luqda Abşeron, İmişli və Culfa rayonları da qərarlaşıb.

Bir neçə regiondakı cüzi durğunluq və geriləmə nəzərə alınmasa, ölkənin bir çox sektorlarında müsbət dəyişikliklər müşahidə olunub və bu Azərbaycanın regionların gələcək inkişafı ilə bağlı müsbət proqnoz verməyə imkan verir. Bu da, öz növbəsində Azərbaycanın regionun lider dövləti olaraq mövqeyini möhkəmləndirməyə yardım edəcək.

Rayonların İnvestisiya Reytinqi ilə tam şəkildə aşağıdakı linklər vasitəsilə tanış olmaq olar: http://iqtisadiislahat.org/store//media/documents/diger/Rayonlarin_Investisiya_Reytinqi.pdf  

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir