İnnovativ sahibkarlığın dəstəklənməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya texnologiyalarının inkişafı Dövlət Fondu fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə keçirilən konfransda Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev deyib.
Onun sözlərinə görə, hazırda fond tərəfindən innovativ layihələrə 3 istiqamətdə dövlət dəstəyi həyata keçirilir. Belə ki, Müşahidə Şurasının qərarına əsasən Startap layihələrinə qrantlar ayrılır, innovativ ideyaların biznesə çevrilməsi üçün dövlət dəstəyi göstərilir. Eləcə də, kommersiyalaşmış innovativ layihələrə güzəştli kreditlər verilir.
Nazir müavini həmçinin vurğulayıb ki, artıq bu məqsədlə 4 qrant müsabiqəsi keçirilib. Təklif olunmuş 600-yə yaxın layihənin 100-ü isə fond tərəfindən maliyyələşdirilib.