Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən şəxs həbs edildi

Volqoqradda məhkəmə şəhərin Tibb Universitetinin tələbəsi – 17 yaşlı Azərbaycan vətəndaşı Timur Qavrilovun qətlində ittiham edilən Vitali Vasilyev barəsində həbs qərarı çıxarıb.

Boyukmillet.com, bu barədə Volqoqrad vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Yekaterina Valkovskaya məlumat verib.

O bildirib ki, “təqsirləndirilən şəxsə qarşı Volqoqrad Mərkəzi Rayon Məhkəməsinin qərarı ilə avqustun 21-dək həbs qətimkan tədbiri seçilib”.

Ona qarşı qətl maddəsi üzrə ittiham irəli sürülüb. Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, ilkin istintaq zamanı V.Vasilyev cinayəti törətdiyini etiraf edib.

Xatırladaq ki, iyunun 13-də Volqoqradın mərkəzində yerli Tibb Universitetinin 17 yaşlı tələbəsi, Azərbaycan vətəndaşı Timur Qavrilovun meyiti aşkar edilmişdi. O, bədəninin müxtəlif hissələrinə vurulan bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilmişdi.

Timur Qavrilovun qətlində şübhəli bilinən şəxsin kimliyi tezliklə müəyyən edilmiş və 22 yaşlı Vitali Vasilyev barəsində axtarış elan edilmişdi.

V.Vasilyev bazar günü Smolenskdə, taksidə gedərkən saxlanılıb. İstintaqın iddiasına görə, o, Rusiyanı tərk etmək istəyirmiş.

Mərhumun doğmaları, dostları, tələbə yoldaşları qətlin hansı səbəbdən baş verdiyini hələ də anlaya bilmirlər. Elə müstəntiqlər də qətlin motivini anlamaqda çətinlik çəkirlər. Doğrudan da 22 yaşlı bir gənc tanımadığı, yoldan keçən bir yeniyetməyə axı hansı səbəbdən bıçaq çıxarıb çoxsaylı zərbələr vurmalıdır?

Yəqin ki, istintaq bütün bu və digər suallara aydınlıq gətirəcək.

Check Also

Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, 20-ci sahə deyilən ərazidə dava …