Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Market paketlərində koronavirus ola bilər – DİQQƏTLİ OLUN!

Koronavirusun yayılma təhlükəsi olan yerlərdən biri də marketlərdir. İndi karantinlə bağlı marketlərdə əvvəlki sıxlığı görməyə bilərsiz. Bəs market rəfi,səthləri, arabaları, xüsusən selofan torbaları, paketlərində virus varmı?

Boyukmillet.com xəbər verir ki, türkiyəli professor Ateş Kara bu barədə açıqlamasında virusun market torbalarında 2 saat qala biləcəyini bildirib.

“Plastik, sellofan və ən ideal market torbasında 1 saat içində yarıbayarı azalır. 2 saata isə tam məhv olur. Bu o demək deyil ki, butün paketlər virusludur.

Ola bilər ki, satıcı, paketçi və ya alıcı xəstə olur, onun ağız suyundan virus paketlərin üzərinə çökür, ya da marketə virusa yoluxmuş xəstə insanlar çox gələ bilər, ümumilikdə virus yüklənməsi olur.

Ona görə də paketləri marketdən götürdükdə əlinizə əlcək geyib, onları evə çatdırdırdıqda, qapının arxasında və ya balkonda və ya həyətdə 2 saat saxlayıb sonra içəri gətirin.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …