Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Bakıda narkotik istifadəçisi həbs edildi

Paytaxtın Suraxanı rayonunda narkotik vasitələrin istifadəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, Suraxanı rayon sakini Rəhman Yusifov ətrafında aparılan araşdırmalarla və ondan götürülən bioloji nümunələrlə onun qanunsuz narkotik istifadəçisi olması aşkarlanıb.

Onun barəsində toplanmış matereallar rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə R.Yusifov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 60 gün inzibati qaydada həbs edilib.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …