Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı

38000-ə yaxın vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində elektron qaydada qeydiyyata alınıb.

Dövlət Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına səs verən 38000-ə yaxın vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …