Bazar , 14 Dekabr 2025
Drone Cameras

İ. Ağayev: “Türkiyə Baş Nazirliyi yanında Dövlət Arxivləri Baş İdarəsindən əldə olunan arxiv sənədində…”

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri dr. İsmayıl Ağayev uzun müddətdir araşdırmalar nəticəsində Türkiyə arxivindən Azərbaycan üçün əhəmiyyətli sənəd əldə etmişdir. Bu haqqda boyukmillet.com-a açıqlamasında İ. Ağayev bildirib ki: “Türkiyə Baş Nazirliyi yanında Dövlət Arxivləri Baş İdarəsindən əldə olunan arxiv sənədində Osmanlı dövləti ilə Azərbaycan Türk xanlıqları arasındakı münasibətlərə dair maraqlı faktlar yer almaqdadır. 1578-1914-cü illəri əhatə edən arxiv sənədində Azərbaycan xanlıqları ilə yanaşı, Tiflis, Dağıstan və Çərkəz vilayətinin, eləcə də  rus, erməni və gürcü əhalisinin sayını müəyyən edən xəritə göstərilir. Arxiv sənədində o dövrlərdə İrəvanda yeddi yüz min azərbaycanlının yaşadığı qeyd edilir”. İ. Ağayev onu da qeyd edib ki, əldə olunan arxiv sənədi AMEA-nın Tarix İnstitutuna təqdim ediləcək. O, eyni zamanda bu istiqamətdə araşdırmalar aparan mütəxəssislərin də bu əhəmiyyətli sənəddən faydalana biləcəklərini də vurğulayıb.   

boyukmillet.com

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir