…Ögey anadan, qəddar atadan qazandığı natamamlıq kompleksi Nikola dörd övladının anası olan Anna ilə rəsmi nikaha girməyə imkan vermir.
O, 1975-ci il iyunun 1-də İrəvan şəhərində anadan olub. Atası Vavo Paşinyan, anası Svetlana Pasinyandır. Hazırda Anna Hakobyanla evlidir, onların Mariam, Aşot, Susan və Arpin adında 4 övladı var. Atası Vavo orta məktəb müəllimi, anası Svetlana evdar qadın olub. Anası1987-ci ildə vəfat edib. Atası bundan sonra Yerdjanik Çibucxyan adlı bir qadınla ailə qurub. Ögey ananın ailəyə gəlişi özündən böyük iki qardaşının – Armen və Artakın veclərinə olmasa da, bu izdivac yeniyetmə Nikola çox pis təsir göstərir. Məhz həmin dövrdən etibarən onun ətrafda baş verənləri psixoloji qavrama və dəyərləndirmə sistemində ciddi sapıntılar yaranır. Gələcək baş nazirin həyatı boyu rəqiblərinə qarşı patoloji nifrətinin səbəbini məhz yeniyetməlik çağında psixologiyasında kök salmış əzabların fəsadları ilə izah edə bilərik. 12 yaşında doğma anasını itirən Nikol heç cür ögey anasını qəbul etmirdi. O, tez-tez özünə qapanır, ağlayır, ögey anasına qarşı nifrətini büruzə verdikdə isə atası tərəfindən ciddi cəzalandırılırdı. Bu da öz növbəsində onun daxili əzablarını, nifrətini artırır, hamıya və hər şeyə qarşı kinli edir, reallığı təhriflə qavramasına və qiymətləndirməsinə gətirib çıxarırdı. Yaşa dolduqca bu “anormal keyfiyyət” onun yaşam prinsipinə, həyat fəlsəfəsinə çevrilir. Bu dövrdə Paşinyanın natamamlıq kompleksindən necə əzab çəkdiyini və uşaqlıqda qazandığı bu naqisliyin fəsadlarını əyani şəkildə görürük. Nikol özünə qarşı edilən haqsızlığı sübut etməkdən ötrü hər şeyə getməyə hazır idi. Belə “üstün keyfiyyət” fəsadları və ya posttravmatik xüsusiyyətləri ilə gənclik illərinə qədəm qoyan Nikol Paşinyanı məhz ruhi-psixoloji problemlərinə görə hərbi xidmətə çağırmırlar. Sonralar müsahibələrinin birində qeyd etdiyi kimi, özündən böyük iki qardaşı xidmətə yollandığına görə, onu əsgərlikdən azad ediblər. (O dövrdə Ermənistanda belə bir qanun var idi). Amma bu qanun 1994-cü ildə ləğv edilir. N.Paşinyan 1991-1995-ci illərdə ali məktəbdə təhsil alır və universitetdən qovulanda 20 yaşında idi. Yəni, hərbi xidmətə yollanması üçün heç bir maneə yox idi. Əslində onu orduda xidmətə cəlb etmək istəyiblər, fəqət həkim-hərbi-tibbi komissiya Nikolu psixi cəhətdən qeyri-adekvat sayaraq, onu hərbi mükəlləfiyyətdən azad edib….1991-ci ildə İrəvan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olan Paşinyan 4-cü kursda siyasi fəaliyyətinə görə universitetdən qovulur. Həyatının bu keşməkeşli dövründə o, gələcək həyat yoldaşı Anna Hakobyanla tanış olur. Onları yaxından tanıyanların mülahizələrinə görə, bu tanışlıq və nikah əvvəlcədən düşünülmüş bir plan idi. Çox keçmədən Anna Nikolun ruhi-psixoloji durumunun taraz olmadığını görür. Amma hansısa qüvvə onu Nikolun yanında qalmağa məcbur edirdi. Anna ərinin heç bir psixoloji sarsıntı keçirmədiyini desə də, Paşinyann xarakterindəki ikiləşmədən ən çox əziyyət çəkən elə özüdür. Dörd övladın olmasına baxmayaraq, onların bugünədək rəsmi nikahları yoxdur. Anna vaxtaşırı Nikolun mənəvi terrorunu da dadıb. Həbsxanada olduğu dönəmdə övladının dünyaya gəlməsi onda Annaya qarşı ciddi şübhələr yaratmışdı. Nikol şizoid indivud növünün (çoxluğun verdiyi qərarın əksinə getməyi sevən, imtizamsız, qeyri-adekvat hərəkətlər sərgiləyən, tez -tez özünə qapanan) çizgilərini özündə daşıdığına görə, bir müddət Annadan ayrılmaq qərarına gəlir. Amma artıq gec idi. Çünki, Paşinyanın bütün daxili psixi məziyyətlərinə yaxşı bələd olan, yeri gələndə, onu cilovlamağı, həm də peşəkar psixoterapevt kimi cilovlamağı bacaran Anna Hakobyan faktı yaranmışdı. Həhz həmin gündən etibarən Anna Hakobyan Nikol Paşinyanın həyatının bütün sahələrində, eləcə də siyasi karyerasının irəli getməsində əsas rolu oynamağa başlamışdı. …2004-cü il noyabrın 22-də Paşinyana sui-qəsd edilir. Onun “Erməni vaxtı” qəzetinin redaksiyasının yerləşdiyi binanın yaxınlığında park edilmiş avtomobili partdladılır. Hadisə zamanı maşında heç kim olmur. Paşinyan terror hadisəsinin tanınmış iş adamı Qaqik Sarukyan tərəfindən törədildiyini iddia edir. O, bildirir ki, Sarukyan özünə villa tikməkdən ötrü kurort şəhərində ağacları kəsdiyinə görə, əlehinə yazdığı məqalədən hiddətlənmiş və sui-qəsdə əl atmışdır. Sarukyan bu ittihamları rədd edir. Hazırda Qaqik Sarukyan Ermənistanın ana müxalifət partiyası sayılan “Çiçəklənən Ermənistan” Partiyasının lideridir. Həddindən artıq kinli və rəqiblərinə patoloji nifrət bəsləyən Paşinyan baş nazir seçilər-seçilməz Sarukyanın deputat toxunulmazlığını ləğv etdirərək onun həbsinə nail olur. Bu da erməni baş nazirinin keçmişdə baş verən hadisələri heç zaman unutmadığını və məqamı yetişəndə rəqibindən qəddarcasına qisas aldığını göstərir. 2019-cu il yanvar 14-də Nikol Ermənistanın baş naziri seçilir. Anna Hakobyan həm öz ətrafına, həm də Paşinyanın ətrafına itaətkar iş adamlarını toplamağa xüsusi diqqət yetirir. Ermənistanın birinci xanımı bu məsələlərdə ərinə böyük təsir göstərir. Müsahibələrinin birində cənab Paşinyan özündə heç bir qorxu hissinin olmadığını dilə gətirir. Bu isə artıq onda gələcək qarşısında normal insani ehtiyat hissinin olmadığının sübutudur. O, heç kəslə məsləhətləşmir, heç kimlə razılaşmır, qəbul etdiyi qərarlardakı uyğunsuzluq özünü dərhal göstərir: Baş nazir bu gün hakimiyyətin medianın fəaliyyətinə müdaxilə etmək ənənəsinə artıq son qoyulduğunu bəyan edir, sabah isə yerevan.today saytının redaksiyasında axtarış aparılmasına göstəriş verir.Kremlin siyasi çevrələri Paşinyana təzyiq etmək üçün Anna Hakobyan amilindən məharətlə istifadə edirlər. Onun qardaşının adı Rusiya hüquq mühafizə orqanları tərəfindən 40 tonluq siqaret qaçqmalçılığı ilə bağlı cinayət işində, sensiyalı qalmaqalda keçir. Əlbəttə, bu məsələdə də Annanın rolu böyük olub. Mənbənin dedyinə görə, bu fikri qardaşı ona təklif etmiş və milyardlarla dollar qazanc zəmanəti vermişdi. Bundan sonra ixrac prosesi başlamışdı.Eks-prezident Sarkisyanın kürəkəni Mikayıl Minasyana qarşı cinayət işi açılıb və o, qanunsuz yolla sərvət əldə etmədə, cinayət yolu ilə əmlakı leqallaşdırmaqda ittiham olunur. Minasyan özü isə Paşinyanı və xanımını korrupsiyada, ölkənin maraqlarına xəyanətdə ittiham edir. Annanın Nikola hüdudsuz təsir imkanlarını yaxşı bilən mafioz və kriminal qüvvələr, xüsusən də silah mafiyası öz layihələrini, biznes planlarını məhz xanım Hakobyanın vasitəsilə həyata keçirirlər. Kənar müşahidələr onu deməyə əsas verir ki, Nikola ildırım sürətilə Ermənitanda siyasi olimpin zirvəzinə qalxmaqda ciddi dəstək vermiş arvadı Anna eyni zamanda onun baş nazir postundan qəfil aşağı yuvarlanmasının da baiskarı olacaq…
Aytac HüseynovaPsixoloji portretologiya və siyasi analizlərmərkəzinin əməkdaşı
Check Also
Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər
Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …