Bakıda məktəb direktoru işdən çıxarılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 214 nömrəli tam orta məktəbin direktoru Esmira Ağayeva Təhsil Nazirinin müvafiq əmrinə əsasən, İdarənin tabeliyindəki digər ümumi təhsil məktəbinə təyinat alıb.
E.Ağayeva 20 nömrəli məktəb-liseyə yeni direktor təyin edilib.
Qeyd edək ki, bundan əvvəl 20 nömrəli məktəb-liseyinin direktoru Səadət Veyisova olub.