Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Əli Həsənovun vəziyyəti ağırlaşdı, təcili Türkiyəyə aparıldı

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və təcili olaraq Türkiyəyə yola salınıb.

Boyukmillet.com  xəbər verir ki, ailə üzvlərinin verdiyi məlumata görə, son bir neçə həftə ərzində Ə.Həsənovun ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlamış və ev şəraitində müalicə almışdı.

Dünən gecə isə səhhəti qəflətən pisləşdiyinə görə Türkiyəyə yola salınıb və xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Ə.Həsənov ciddi ürək çatışmazlığından, kəskin aritmiya və damar keçirməzliyindən əziyyət çəkir.

Qeyd edək ki, Ə.Həsənov 2013-cü ildə infarkt keçirdikdən sonra təcili olaraq Almaniyaya aparılıb və bir ayın içərisində iki dəfə açıq ürək əməliyyatı edilib.

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …