“Karabakh Is Azerbaijan” (KİAZ) platforması 13.07.2020 tarixində bir qrup vətənpərvər azərbaycanlı gənc tərəfindən yaradılmışdır, qısa müddətdə Facebook üzrə 21 min , Telegram üzrə 1000 və Whatsapp üzrə əməkdaşlıq etdiyi digər qruplar ilə birlikdə 7000-dən çox üzv toplamağa nail olmuşdur və üzvlərimizin sayı günü-gündən artmağa davam edir.
Bütün fərqliliklərimizi kənara qoyaraq ortaq bir hədəf altında birləşmişik. Məqsədimiz informasiya müharibəsində bütün müasir alət və üsullardan istifadə etməklə Azərbaycan dövlətinə və ordusuna dəstək olmaq, lazımi ünvanları Qarabağ münaqişəsilə bağlı faktlara əsaslanmış həqiqətlərlə tanış etməkdir.
Cəmiyyətimizin hər bir fərdinin bu platformada aktiv iştirakı “Qarabağ Azərbaycandır!” ideyasının daha çox yayılmasına kömək edəcək və gücümüzü artıracaq. Biz birlikdə güclüyük!
Fəaliyyətdə olduğumuz bir ay ərzində gənclərimizin təşəbbüsü ilə 14 günlük virtual marafonlar təşkil olunmuşdur. Marafonların məqsədi Twitter sosial şəbəkəsi üzərindən məkanı müvafiq ölkəyə dəyişməklə vahid bir heşteq altında müxtəlif ölkələrin gündəminə düşmək, Qarabağ münaqişəsilə bağlı səsimizi dünyaya çatdırmaq olmuşdur.
Bu günə qədər üzvlərimiz vasitəsilə #StopArmenianAggression, #KarabakhIsAzerbaijan, #BeFairForAzerbaijan, #HearTheVoiceOfAzerbaijan, #NoSilenceForAzerbaijan, #İşgalciDevletErmenistan, #AzerbaijanWantsJustice
StopLyingArmenia
KnowTheTruthForAzerbaijan
AzerbaijanNotEnemy
AzerbaijanisAreNotTarget
StopArmenianProvocation
ReturnAzerbaijaniLands
KIAZteam heşteqlərindən istifadə edərək Türkiyə, Fransa, Belçika, ABŞ, Böyük Britaniya, Ukrayna, İsrail, Almaniya kimi ölkələrin Twitter`ində trenddə ilk sıralarda və Dünya trendində isə ilk 5-likdə yer almışıq.
Bundan sonra mübarizəmizi daha sistemli və ardıcıl etmək üçün fəaliyyətimizi İctimai Birlik olaraq davam etdirmək niyyətindəyik. KİAZ komandası olaraq Ermənilərin “zaman keçdikcə Qarabağ unudulacaq” mifinin absurdluğunun sübutu kimi gənclərimizin Qarabağ ideyası ətrafında birləşərək professional şəkildə, bütün resurslarımızdan optimal istifadəylə informasiya cəbhəsində savaşmağa hazır olduqlarını göstərmək üçün çalışacayıq.
Rəsmi saytımız (http://www.karabakhisazerbaijan.com/) artıq fəaliyyətə başlayıb, saytımızda Qarabağ və Azərbaycan haqqında həqiqətlər, layihələrimiz, təşəbbüskarlarımız haqqında məlumatlar və hazırladığımız videolar yer almışdır. Həmçinin, yaxın zamanda sayt digər dillərə də tərcümə olunacaq.
Layihənin idarə heyəti — Urfan Sərkərov, Yusif Xəlilov, Mürsəl Mürsəlli, İlkin Namazlı, Lalə Həmidli, Nərmin Seyidova, Rüstəm Səfərli,Ceyhun Gəncəliyev, Yunus Babasoylu, Sənan Ağayev, Nihad Ataxanlı və layihəyə dəstək olan minlərlə üzvümüz hər biri həmrəy olaraq Vətən və həqiqətlər üçün bu informasiya müharibəsində canla-başla iştirak edir.
Facebook qrup link: https://www.facebook.com/groups/283232016090569/?ref=share
Facebook səhifə linki: https://www.facebook.com/KarabakhAzerbaijan2020
Youtube link: https://www.youtube.com/channel/UC4IeK38gMoACk16EZvA4WyQ