Cümə , 22 Noyabr 2024
Drone Cameras

Yüksəliş Partiyası qurultay qərarı verdi

Yüksəliş Partiyası qurultay qərarı verdi

Azərbaycan Yüksəliş Partiyasının (AYP) Təşəbbüs Qrupunun növbəti toplantısı keçirilib.

Boyukmillet.com-un məlumatına görə, toplantıda təşkilati məsələlər müzakirə olunub. Müzakirələrin sonunda AYP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılmasına qərar verilib.

Təşkilat Komitəsi Təşəbbüs Qrupunun 7 üzvündən ibarətdir. Təşəbbüs Qrupunun üzvlərindən Bəhrəm İsmayılov Komitənin sədri, Turac Hacızadə katibi, Anar Əsədli, Şəmsəddin Rəhimov, Gülşən Hacıyeva, Elşad Abdullayev, Azər Əsgərov, Saleh Həsənov üzvləri seçiliblər.

Təşkilat Komitəsinin üzvləri AYP-nin qurultayına qədər partiyanın Nizamnaməsini,  Məramnaməsini, Proqramını və digər sənədləri hazırlayacaq, təşkilatlanma prosesi, qurultaya hazırlıq məsələlərini həyata keçirəcək.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …