Çərşənbə , 11 Fevral 2026
Drone Cameras

Təhsil naziri: “Ermənilər 9 məktəbə ciddi ziyan vurub”

“Son günlər ərzində ermənilərin təcavüzkar siyasi nəticəsində 14 bölgədə 420 məktəbin fəaliyyəti məhdudlaşdırılıb. Bu məsələ daim nəzarətdədir”.

Boyukmillet.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ağır artilleriyadan atılan atəşlər nəticəsində 9 məktəbə ciddi ziyan dəyib:

“İki şagirdimiz həlak olub, bir müəllimimiz yaralanıb. Biz nikbinik və əminik ki, orudumuz qısa müddətdə torpaqlarımızı azad edəcək və orada tədris bərpa ediləcək”.

Check Also

İsmayıllıda narkotiki satış məqsədilə meşədə gizlədən şəxs tutulub

İsmayıllıda narkotik satışı ilə məşğul olan şəxs tutulub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, …