Şənbə , 23 Noyabr 2024
Drone Cameras

TİKA cəbhəyə tibbi yardım göndərib

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), vətən torpaqlarının düşmən işğalından azad edilməsi üçün aparılan əməliyyatlar zamanı erməni birləşmələrinin təxribatı nəticəsində düşmən atəşindən yaralanan mülki şəxslərə və ehtiyac duyulduğu zaman qəhrəman hərbçilərə təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədi ilə cəbhəyə 500 ədəd “İlk Yardım Çantası” göndərib.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı qurumun Azərbaycandakı nümayəndəliyi verib.

Məlumata görə, TİKA tərəfindən cəbhə bölgəsində yaralı şəxslərə və tibbi yardıma ehtiyac duyan insanlara ilk tibbi yardımın göstərilməsi üçün hazırlanan müxtəlif növ tibbi ləvazimatlardan ibarət “İlk Tibbi Yardım Çantaları” Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təhvil verilib

Qeyd olunub ki, hazırlanan ilk yardım çantaları ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin cəbhə rayonlarındakı şöbələrinin əməkdaşları əhaliyə ilkin tibbi yardım xidməti göstərəcək.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …