Bazar ertəsi , 30 Sentyabr 2024
Drone Cameras

Ermənilərin öldürdüyü və yaraladığı azərbaycanlılarla bağlı statistika

“Ermənistan silahlı qüvvələrinin ağır artilleriya silahlarından 27 sentyabr tarixindən hazırkı vaxtadək əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 19 dinc sakin həlak olub”. 

Boyukmillet.com xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib. 

Onun sözlərinə görə, həlak olanlardan 14-ü kişi, 3-ü qadın, 2-si isə azyaşlıdır: “Həlak olan dinc sakinlərin 8-i Tərtər, 5-i Goranboy, 4-ü Ağdam, 2-si isə Füzuli rayon sakinləridir”.

O həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaralanan dinc sakinlərin sayı 63-dür:

“Onlardan 56-sıkişi, 6-sı qadın, biri isə azyaşlıdır. Yaralılardan 26-sı Tərtər rayon sakini, 14-ü Ağdam sakini, 10-u Ağcəbədi, 6-sı Füzuli, 2-si Goranboy, 2-si Bərdə, 1-i Daşkəsən, 1-i Xocalı, 1-i Cəbrayıl sakinləridir”.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …