Bazar ertəsi , 30 Sentyabr 2024
Drone Cameras

Hikmət Hacıyev: “Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir”

“Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri var. Qardaş Türkiyə də hər fürsətdə Azərbaycana dəstəyini göstərir”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ifadə olunan fikirlər Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir: “Hazırda Türkiyənin bu məsələdə Azərbaycana siyasi və mənəvi dəstəyini görürürük. Bu da xalqımız tərəfindən yüksək qiymətləndirilir”.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …