Cəbhə xəttindəki Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinə tab gətirməyən erməni əsgərləri silah-sursat, hərbi texnika və maşınlarını döyüş meydanında qoyaraq qaçır. Döyüş meydanında uduzduğunu anlayan erməni hərbçiləri mülki əhalini hədəf alıb.
Boyukmillet.com xəbər verir ki, səhər saatlarında Ermənistan hərbçiləri Gəncə şəhərinə bir neçə mərmi atıb.
Gəncədə mərmilərin düşdüyü ərazilərin ən son görüntülərini təqdim edirik.