Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ekspert: “Azərbaycanın dinc şəhərlərini atəşə tutanlar Haaqa Məhkəməsində mühakimə olunmalıdır”

“Beynəlxalq hüquq normaları baxımından şəhərlərə raket zərbələri endirmək müvafiq beynəlxalq konvensiyaların pozulması və ağır hərbi cinayətdir. Məqsədli şəkildə belə əmr verən insanlar mühakimə olunmaq üçün Haaqa Beynəlxalq Tribunalına çıxıraılmalıdır, çünki bu insanlığa qarşı cinayətdir. Bunun bəraəti yoxdur”.

Boyukmillet.com xəbər verir ki, bunu hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Təcrübədə onların cəzalandırılması Azərbaycan qoşunlarının öz ərazilərində nəzarəti tam bərpa etməsi təqdirində mümkün olacaq. Belə təcrübə artıq var. Müharibə öz yerində, amma mülki əhalinin hərbi əməliyyatlardan kənar qalmasını, mülki əhaliyə qarşı zorakılığın qəbuledilməz olduğunu, onların hüquqlarının qorunmalı olduğunu açıq şəkildə tənzimləyən müvafiq Cenevrə Konvensiyaları var”, – o bildirib.

“Prezident Əliyev çıxışında dedi ki, Azərbaycan Dağlıq Qarabağ ərazisində yaşayan əhalinin zərər çəkməməsində maraqlıdır. Bakı bu insanları öz vətəndaşı kimi nəzərdən keçirir və onların təhlükəsizliyi üçün hər şeyi edir. Təbii ki, söhbət yaraqlılardan və silahlı birləşmələrdən yox, mülki əhalidən gedir. Bu cəhətdən mənə elə gəlir ki, Azərbaycan tərəfdən Cenevrə Konvensiyasına sadiq qaldığını və Dağlıq Qarabağda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etdiyini bəyan edən və onların əziyyət çəkməməsi üçün hər şeyi edən açıq-aydın siyasət var. Ermənistan silahlı birləşmələri isə öz növbəsində Azərbaycan şəhərlərinə raket zərbələri endirir”, – İ.Korotçenko söyləyib.

Prezident İlham Əliyevin xalqa müraciəti barədə danışan politoloq bunun güclü ölkənin güclü liderinin çıxışı olduğunu qeyd edib: “O, xalqa müraciət edərkən vəziyyətdən danışdı, döyüş əməliyyatlarının necə getdiyini söylədi, Azərbaycanın hədəflərini açıqladı. Xüsusən belə dövrdə, müharibə gedərkən belə dialoq zəruridir. Bu baxımdan İlham Əliyev bir daha bütün dünyada hörmət qazanmış, Azərbaycanın güclü lideri olduğunu təsdiqlədi. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Ona görə də Azərbaycan daima beynəlxalq imici barədə düşünür və müvafiq qaydada məsuliyyətlə davranır”.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …