Cəbhədə şiddətli döyüşlər davam edir.
Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutur, dinc sakinləri hədəf alır.
Oktyabrın 9-u səhər saatlarından başlayaraq düşmən Tərtər rayonun Qazyan, Qapanlı və Qaradağlı kəndlərini artilleriya atəşinə tutur. Nəticədə mülki evlərə ziyan dəyib.
Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, döyüşlər davam edir.