Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Azərbaycan Prezidentindən F-16-larla bağlı daha bir açıqlama

“Türkiyə F-16-ları buradadır, onlar təlim zamanı gəlmişdilər. Təlimdən sonrakı erməni təcavüzündən sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyillər. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti “Haber Türk”ə müsahibəsi zamanı deyib.

“O ki, qaldı əcnəbi insanlara. O da yalandır. Bu, bizə qarşı qarayaxmadır, iftiradır, böhtandır. Bir dənə də olsun bizə sübut gətirmədilər. Sadəcə olaraq Fransa və Rusiyadan belə açıqlamalar verildi. Dəlil yoxdur, heç bir açıqlama verilmir. Bizim kəşfiyyata heç bir məlumat verilmir. Bizim kəşfiyyat orqanlarımız bizə ittiham gələn ölkələrlə əlaqədə oldular ki, bizə dəlil verin. Vermirlər. İndi mətbuatda kim yazırsa, yazsın, bizi maraqlandırmaz. Onsuz da Qərb mətbuatı həmişə Ermənistanın tərəfini tuturdu”, – İlham Əliyev bildirib.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …